Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 16:00 radələrində İrəvan-Meğri yolunda 24 yaşlı Arsen Aramyanın idarə etdiyi "Mercedes" markalı avtomobil və İran İslam Respublikasının vətəndaşı 46 yaşlı Məhəmməd Əli Reza Həsən Bəy Borucerdinin idarə etdiyi "Scania" markalı avtobus toqquşub.
Avtoqəza nəticəsində sürücü 24 yaşlı Arsen Aramyan, onun həmkəndliləri olan sərnişinlər 50 yaşlı Jasmin Qazaryan Ağitu hərbi hospitalına, digərləri 18 yaşlı Lilit Qazaryan vı 52 yaşlı Suren Avanesyan isə Sisian şəhər mərkəzinə təxliyyə ediliblər.
"Mercedes" markalı avtomobilin sürücüsü 24 yaşlı Arsen Aramyan saat 17:10 radələrində təxliyyə edildiyi hərbi hospitalda ölüb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yaymayıb.
Alpər Mövludoğlu
Ordu.az